AZ

Burkina Fasoda silahlı hücum zamanı 50 hərbçi həlak olub

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Burkina Fasonun şimalında yerləşən hərbi bazaya silahlı hücum nəticəsində təxminən 50 hərbçi həyatını itirib.

APA Associated Press agentliyinə istinadən xəbər verir ki, hücum ölkənin Namantenqa vilayətinin Bulsa rayonuna daxil olan Darqo yaşayış məntəqəsi yaxınlığında yerləşən hərbi bazaya təşkil edilib.

Mövcud məlumatlara əsasən, hücumda təqribən 100 silahlı şəxs hücumda iştirak edib.Onların “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin” qruplaşmasının üzvləri olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
7
apa.az

10Mənbələr