AZ

Qara zirə və kəsmik – Bədəni təmizləyən möcüzəvi qarışım

Həm mətbəxdə, həm də təbabətdə tanınan qara zirə (kimyon) indi kəsmiklə birlikdə sağlamlığımız üçün faydalı “məcun”a çevrilir.

“Medicina” xəbər verir ki, mütəxəssislər qara zirə toxumunun kəsmiklə birlikdə istifadəsini tövsiyə edir. Bu qarışım bir çox sahədə müsbət təsir göstərir: həzm sistemindən immunitetə, metabolizmdən arıqlamağa qədər.

Nə üçün bu qarışım faydalıdır?

- Qan şəkərini tənzimləyir
- İştahı azaldır
- Bağırsaq fəaliyyətini və peristaltikanı yaxşılaşdırır
- Mədə iltihabını azaldır və spazmları aradan qaldırır
- Metabolizmi sürətləndirir və arıqlamağa yardım edir
- İmmunitet sistemini gücləndirir
- Kəsmik isə sümükləri və dişləri möhkəmləndirir

Necə istifadə etməli?

Gündəlik olaraq bir çay qaşığı qara zirə toxumunu kəsmiyə əlavə etmək kifayətdir. Bu sadə resept həm dadlı, həm də orqanizm üçün faydalıdır. Qara zirənin zəngin, bir qədər ədviyyatlı dadı kəsmiyi mükəmməl şəkildə tamamlayır və balanslı qida yaradır.

Diqqət! Hər kəs üçün deyil

Bu qarışım hamilə qadınlar və uşaqlar üçün tövsiyə edilmir. Həmçinin, kəsmiyin həddindən artıq qəbulu qaraciyərə mənfi təsir göstərə bilər. Ona görə də miqdarı aşmamaq vacibdir.
Seçilən
22
4
sherg.az

5Mənbələr