AZ

Müllerin yeni klubu BİLİNDİ

"Bavariya"ın sabiq futbolçusu Tomas Müllerin yeni klubu bəlli olub.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.

35 yaşlı yarımmüdafiəçi ABŞ-nin "Vankuver Uaytkeps" komandası ilə anlaşıb. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tomas Müller bu yay keçirilən klublararası dünya çempionatından sonra "Bavariya" ilə yollarını ayırıb. Münhen təmsilçisinin heyətində ümumilikdə 756 oyunda forma geyinən təcrübəli oyunçu 250 qol vurub, 276 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

Seçilən
6
3
bizim.media

4Mənbələr