UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. SİA xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.
“Kopenhagen”, Kiyev “Dinamo”su və “Srvena Zvezda” cavab görüşlərini də qalib bitirməklə mərhələ adlayıblar.
Mərhələnin qalan oyunları bu gün keçiriləcək.
İlk görüşdə İrlandiyanın “Şelburn” komandasına 3:0 hesabı ilə qalib gələn “Qarabağ” da cavab oyununa çıxacaq.
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
29 iyul
“Kayrat” (Qazaxıstan) – KuPS (Finlandiya) 3:0 (İlk oyun: 0:2)
“Drita” (Kosovo) – “Kopenhagen” (Danimarka) 0:1 (İlk oyun: 0:2)
“Dinamo” (Kiyev, Ukrayna) – “Hamrun” (Malta) 3:0 (İlk oyun: 3:0)
“Srvena Zvezda” (Serbiya) – “Linkoln” (Cəbəllütariq) 5:1 (İlk oyun: 1:0)
“Zrinski” (Bosniya və Herseqovina) – “Slovan” (Bratislava, Slovakiya) 2:2 (İlk oyun: 0:4).