AZ

Kür çayına yıxılan şəxs xəstəxanada öldü

Mingəçevirdə Kür çayına yıxılan şəxs xəstəxanada dünyasını dəyişib.

Bakues.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü F. Yusifov Mingəçevir şəhər ərazisində Kür çayına yıxılıb.

O, sudan çıxarılaraq ağır halda xəstəxanaya çatdırılıb.

Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
1
icma.az

2Mənbələr