Silahlılar Burkina-Fasonun şimalında hərbi bazaya hücum edərək 50-yə yaxın əsgəri öldürüblər. SİA xəbər verir ki, "Associated Press" (AP) yerli ictimaiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Söhbət ölkənin Silahlı Qüvvələrinin Bulsa departamentinin Darqo kəndi ərazisindəki bazasından gedir.
Qeyd olunub ki, “Əl-Qaidə” terror təşkilatıbilə əlaqəli olan “Camaat Nüsrətül-İslam vəl-Müslimin” qruplaşmasının 100 silahlısı bazaya basqın edib. Mənbələrin məlumatına görə, hücum nəticəsində baza talan edilib və yandırılıb.