Almaniya, Fransa və Böyük Britaniya xarici işlər nazirlərinin (XİN) avqustun 7-də İsrailə səfər etmək imkanı nəzərdən keçirilir.
“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Biz Fransa, Böyük Britaniya və Almaniyanın xarici işlər nazirlərindən avqustun 7-də birlikdə İsrailə getmələrini və üç hökumətin mövqeyini təqdim etmələrini xahiş edəcəyik”, - F.Merts bildirib.
Kansler qeyd edib ki, XİN başçılarının İsrailə səfəri Qəzza zolağında ağır humanitar böhranla bağlıdır.