AZ

Dövlət Departamenti: Moskva Trampı səhv anlayıb

BAKI, 30 iyul. TELEQRAF

Bəzi insanlar ABŞ Prezidenti Donald Trampın Rusiyaya münasibətdə səbrini səhv anlayıblar.

Teleqraf xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus sülh sazişinin bağlanması üçün "son tarix"in 10 günə qədər azaldılmasını şərh edərkən bildirib.

Bryusun sözlərinə görə, Tramp sübut edib ki, ona ciddi yanaşmaq lazımdır, çünki onun sülh səylərinin nəticələrini artıq bütün dünyada görmək mümkündür:

"O, səbirli olub və bu, bəlkə də bəzi insanlar tərəfindən səhv anlaşılıb, amma düşünürəm ki, səhv anlaşma dövrü artıq keçib".

Seçilən
3
teleqraf.com

1Mənbələr