BAKI, 30 iyul. TELEQRAF
Burkina-Fasonun Namentenqa əyalətinin Darqo yaşayış məntəqəsi yaxınlığında təxminən 100 silahlı hərbi bazaya hücum edib.
Teleqraf xəbər verir ki, hücum nəticəsində təxminən 50 əsgər öldürülüb.
Bildirilir ki, silahlılar bazanı qarət edib və yandırıblar. Ölkənin hərbi hökuməti baş verənləri şərh etməyib.
"Burkina-Fasoda ölkənin böyük hissəsini, xüsusilə paytaxtdan kənar əraziləri nəzarətdə saxlayan silahlı qruplaşmalar tərəfindən hücumların artması müşahidə olunur", - yerli icmanın məlumatında deyilir.