AZ

Salvador Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

London, 30 iyul, AZƏRTAC

İspan sürrealizminin görkəmli nümayəndəsi Salvador Dalinin müəllifi olduğu təsdiqlənən bir rəsm əsəri Britaniyanın Kembric şəhərində təsadüfən tapılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, cəmi 150 funt sterlinqə alınan əsərin oktyabr ayında keçiriləcək hərracda 30 min funt sterlinqə qiymətə satılacağı gözlənilir. Bu nadir əsər adı açıqlanmayan kolleksiyaçı tərəfindən əldə olunub və orijinallığı mütəxəssislər tərəfindən təsdiqlənib.

“Vecchio Sultano” (Yaşlı sultan) adlı əsər 2023-cü ildə Kembricdə bir evdə aşkarlanıb. Akvarel və flomasterlə işlənmiş rəsmdə “Min bir gecə nağılları”ndan səhnə təsvir olunub. Bu əsər məşhur rəssamın Yaxın Şərq nağıllarına həsr etmək istədiyi 500 illüstrasiyadan ibarət planlaşdırılmış silsilənin bir hissəsi olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
9
3
azertag.az

4Mənbələr