AZ

ABŞ maliyyə naziri Çinin İran neftini almasından narahatdır

Amerika Birləşmiş Ştatları (ABŞ) Çinin böyük həcmdə İran neftini almasından narahatdır.

Bakues.az xəbər verir ki, bu bəyanatla ABŞ-nin maliyyə naziri Skot Bessent çıxış edib.

İsveçin paytaxtı Stokholm şəhərində ABŞ-Çin ticarət danışıqlarının başa çatmasından sonra jurnalistlər qarşısında çıxış edən maliyyə naziri qeyd edib ki, ölkəsi Pekinin sanksiyalar altında olan İran neftinin 90%-ni almasından narahatlığını Çin tərəfinə çatdırıb.

Seçilən
6
1
icma.az

2Mənbələr