AZ

ABŞ Rusiya neftinin alıcılarını “qara siyahı” ya sala bilər

Vaşinqton administrasiyası hesab edir ki, ABŞ Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edərsə, bu tədbirlər Amerika müttəfiqləri tərəfindən dəstəklənəcək.

"Report"un xəbərinə görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarının yekunları üzrə deyib.

“Biz bir neçə avropalı tərəfdaşlarımızdan, NATO müttəfiqlərimizdən, hətta Kanadanın da nümunəni izləyəcəkləri barədə bəyanatınə eşitmişik. Beləliklə, biz gözləyirik ki, Ukraynanı dəstəkləyən Qərb ittifaqının çoxu da eyni addımı atacaq. Məncə, sanksiyalara məruz qalmış Rusiya neftini alan hər kəs buna hazır olmalıdır”, - Bessent vurğulayıb.

Nazir Çin tərəfinin Rusiya neftinin sonrakı alışının mümkün nəticələri barədə xəbərdarlıq edilib-edilməməsi ilə bağlı suala müsbət cavab verib.

Seçilən
3
2
report.az

3Mənbələr