Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.
Bakues.az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.
Onların eyni müəssisədən təmin edilən yeməklərdən zəhərləndiyi bildirilir.
Zəhərlənənlərin rayondakı müxtəlif firmalarda işlədikləri qeyd olunur.
Qida təhlükəsizliyi əməkdaşları şübhəli yeməklərdən nümunələr götürərək onları təftiş etmək üçün laboratoriyaya göndəriblər.