AZ

Rusiya yenə “Zoom”u cərimələdi

Rusiya “Zoom”u 79,6 milyon rubl (təxminən 964 min dollar) cərimələyib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, buna səbəb ABŞ şirkətinin Rusiyanın qanunlarını pozmasıdır. 

Belə ki, Moskvada “Zoom” rabitə platformasına qarşı işə baxılıb. Məhkəmə platformanın Rusiyada qanuni öhdəliklərini yerinə yetirmədiyini müəyyən edib.

Buna görə də məhkəmə şirkət haqqında cərimə qərarı çıxarıb.

Xatırladaq ki, sözügedən platforma əvvəl də Rusiyada istifadəçi məlumatlarını lokallaşdıra bilmədiyi üçün cərimələnmişdi.

“Zoom”dan əlavə, “Instagram”, “Facebook” və “TikTok” kimi çoxsaylı internet şirkətləri də vaxtaşırı Rusiyada müxtəlif qanunları pozduqlarına görə cərimələnirlər.
Seçilən
4
5
sherg.az

6Mənbələr