AZ

ABŞ-də yanacaq məhsulları istehsal edən zavodda partlayış baş verdi - VİDEO

BAKI, 30 iyul. TELEQRAF

ABŞ-nin Fremont şəhərində yerləşən, ağac tullantılarından yanacaq qranulları istehsal edən “Horizon Biofuels” zavodunda partlayış baş verib.

Teleqraf xəbər verir ki, hadisə anı kameralarla görüntülənib.

Yerli mətbuatın məlumatlarına görə, partlayış anında binada insanların olub-olmadığı dəqiq bilinmir. Zərərçəkmişlərin sayı dəqiqləşdirilir.

Partlayış səsləri hadisə yerindən bir neçə kilometr məsafədə eşidilib.

Seçilən
13
teleqraf.com

1Mənbələr