AZ

Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib

Xəbər verdiymiz kimi, Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.

Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.

İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.




***

Kamçatka bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. İlkin məlumatlara əsasən, zəlzələ şəhərdə 6 bal gücündə hiss olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sonradan təkanların gücünü 7–8 bal arasında qiymətləndirib.

Seçilən
16
37
apa.az

10Mənbələr