ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiymiz kimi, Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.APA TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.
İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.
***Kamçatka bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. İlkin məlumatlara əsasən, zəlzələ şəhərdə 6 bal gücündə hiss olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sonradan təkanların gücünü 7–8 bal arasında qiymətləndirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.