Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.
Operativ Media TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.
Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.
İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.
Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.