GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-da Rusiya torpaqları ilə bağlı təklif dünya mediasında müzakirələrə səbəb olub. Belə ki, Vaşinqtonda Çinin bölgədəki hərəkətlərini izləmək üçün Moskvadan Komandir adalarının alınması fikri irəli sürülüb.Bu barədə amerikalı polkovnik-leytenant Cefri Fritz danışıb.
Sitat: “ABŞ bu potensial sövdələşmənin bir hissəsi kimi təkcə adaları deyil, həm də onların ətrafındakı iqtisadi zonanı, təbii ehtiyatları və infrastrukturu almalıdır. Komandir adaları, məsələn, Alyaska əyalətinin bir hissəsi ola bilər. Bunun üçün Moskvaya 15 milyard dollar təklif edə bilərik”.
Globalinfo.az-a danışan “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ramiyə Məmmədova deyib ki, Qrenlandiyadan sonra ABŞ-ın Rusiyanın bəzi torpaqlarına, xüsusən də Komandir adalarına göz dikməsi məsələsi ortaya çıxıb:
“Komandir adaları Pasifik dənizinə yaxın, Altay bölgəsindən Rusiyanın torpaqları çərçivəsində yerləşir və təxminən 1800 metr əhatədədir. Bu adalar yeraltı qaynaqlar baxımından çox zəngindir və ən böyük təbii ehtiyat mənbələrindən biri sayılır. Burada neft, qaz və digər yeraltı qaynaqlar mövcuddur, həmçinin balıqçılıq üçün əlverişli mühitə malikdir. Adalar tədqiqat aparmaq üçün də ideal şəraitə sahibdir. Digər tərəfdən, sözügedən ərazinin strateji və geopolitik əhəmiyyəti böyükdür. ABŞ-ın bu adaları əldə etməsi ərazidən həm Çin, həm də Rusiyaya qarşı üstünlük qazanması deməkdir. Bununla, rəsmi Vaşinqton həm hərbi, həm də iqtisadi-siyasi gücünü artırmış olar”.
Ramiyə Məmmədova
Politoloq qeyd edib ki, ABŞ Rusiyanın iqtisadi və siyasi vəziyyətindən, xüsusən də müharibə şəraitindən istifadə edərək, Komandir adalarını satın almağı təklif edib:
“Bu, Moskvanı çətin vəziyyətdən çıxarmaq, habelə Vaşinqtona böyük strateji və hərbi üstünlük qazandırmaq məqsədini güdür. Ağ Ev, həmçinin bu adalar üzərindən böyük gəlirlər əldə etməyi hədəfləyir. Lakin təklifin nə dərəcədə real olduğu sual altındadır. Fikrimcə, Kreml çətin vəziyyətdə olmasına baxmayaraq, öz torpaqlarını ABŞ-a satmaq niyyətində olmaz. Müəyyən müqavilələr və sövdələşmələr əsasında bu bölgədən təbii qaynaqların çıxarılması, yaxud şirkətlər vasitəsilə bəzi əməkdaşlıqların qurulması mümkündür”.
Ləman İmran
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.