AZ

Kamçatkada zəlzələnin maqnitudası 8,7-yə çatıb, sunami xəbərdarlığı elan olunub - YENİLƏNİB-1

Kamçatkada qeydə alınan zəlzələnin maqnitudası müxtəlif qiymətləndirmələrə görə 8,7-yə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir.

“Az əvvəl Kamçatka seysmik ocaqlar zonasındakı ən güclü zəlzələ baş verdi. Fərqli qiymətləndirmələrə əsasən, maqnitudası 8,7-ə qədər çatır. Bu, şübhəsiz ki, qeyri-adi və əlamətdar hadisədir”, – deyə məlumatda qeyd olunur.

***

Xəbər verdiyimiz kimi, Rusiyanın Kamçatka bölgəsində 8,7 bal gücündə güclü zəlzələ qeydə alınıb.

APA TASS-a istinadən xəbər verir ki, baş verən güclü zəlzələ sunamiyə səbəb olub.

Dalğaların hündürlüyünün 3 metrə qədər ola biləcəyi barədə xəbərdarlıq Sakit okeanın şimal hissəsində yerləşən bütün sahilyanı ərazilərə, o cümlədən Kaliforniyaya qədər göndərilib.

İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.

Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, 8,7 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 150 kilometr aralıda yerləşib.




***

Kamçatka bölgəsində 7,1 bal gücündə güclü zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 149 km cənub-şərqdə, 17 km dərinlikdə yerləşib. İlkin məlumatlara əsasən, zəlzələ şəhərdə 6 bal gücündə hiss olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi sonradan təkanların gücünü 7–8 bal arasında qiymətləndirib.

Seçilən
15
4
apa.az

10Mənbələr