Amerikanın Northrop Grumman müdafiə korporasiyası və ABŞ Hərbi Hava Qüvvələri qabaqcıl qitələrarası ballistik raketin (ICBM) “Sentinel”ın ikinci pilləli mühərriklərini uğurla sınaqdan keçirib.
"Report"un xəbərinə görə, bu barədə konsernin açıqlamasında bildirilir.
İlk kvalifikasiya sınaqları vakuum kamerasında aparılıb.
Onların məqsədi itələmə vektoruna nəzarət sisteminin işləməsi haqqında praktiki məlumatlar əldə etmək olub.