Vaşinqton, Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı mümkün ikinci dərəcəli sanksiyaların tətbiqinin gözlənilən mənfi nəticələrini nəzərə alıb və bu nəticələrə hazır olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlama verib.
Onun sözlərinə görə, ABŞ hökuməti Rusiyaya qarşı sanksiya rejiminin sərtləşdirilməsi variantını ciddi şəkildə nəzərdən keçirir.