"Çelsi"nin müdafiəçisi İşe Samuels-Smit karyerasını Fransada davam etdirəcək.
Operativ Media-nın football.london- a istinadən verdiyi məlumata görə, "zadəganlar" 19 yaşlı ingilisi Strasburqa satacaq.
Mənbənin sözlərinə görə, şəxsi müqavilənin şərtləri ilə bağlı həftələrlə davam edən danışıqlardan sonra sövdələşmə yekunlaşmaq üzrədir. Samuels-Smit əvvəlcə icarəyə götürülməyi planlaşdırırdı, lakin "Strasburq" müdafiəçiyə böyük maraq göstərir.
Smit "Çelsi"yə iki il əvvəl "Everton"dan təxminən 4 milyon funt-sterlinqə keçib.
2024/25 mövsümündə Samuels-Smit "Çelsi"nin gənclər komandasının heyətində 31 matçda iştirak edib, iki qol vurub və altı məhsuldar ötürmə edib.