AZ

Qəzzada yemək axtaran fələstinli ailənin həyatından bir gün-FOTO+VİDEO

“Bütün uşaqlar acdır. Biz özümüz də acıq.” Bu ürəkdağlayan ifadə İsrailin tətbiq etdiyi aclıq siyasətinin qurbanı olan Fələstin ailələrinin gündəlik faciəsini dilə gətirir.
 
Moderator.az "Əl-Cəzirə" kanalı və " 24 saat" nəşrinə istinadla xəbər verir ki, 29 iyul 2025-ci il tarixində yayımlanan video material geniş yayılmış qıtlıq şəraitində bir ailənin Qəzzada sağ qalmaq uğrunda apardığı sarsıdıcı mübarizəni, xeyriyyə mətbəxindən bir pay yemək əldə etmək üçün çəkdiyi çətinlikləri əyani şəkildə nümayiş etdirir.
 
Humanitar yardımın həyati əhəmiyyəti...
 
Bölgədəki vəziyyət olduqca kritikdir. Sakinlər qida, təmiz su və digər həyati əhəmiyyətli tələbatlara çatmaqda ciddi maneələrlə üzləşirlər. Hər gün yüzlərlə insan məcburi köçkün düşərgələrində və yardım paylama məntəqələrində uzun növbələr yaradır. Bu mənzərə yaranan humanitar böhranın dərinliyini və ciddiliyini bir daha göz önünə sərir. Beynəlxalq təşkilatlar bölgədəki qida çatışmazlığının və tibbi ləvazimatların azlığının fəlakətli nəticələr verə biləcəyi barədə xəbərdarlıq edirlər. Uşaqlar arasında yaranan qida çatışmazlığı isə xüsusilə narahatlıq doğurur, onların gələcək inkişafına böyük təhlükə törədir.
 
Bu cür ağır şərait beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməyə çağırır.

 

S.Laçın
Seçilən
4
moderator.az

1Mənbələr