AZ

Fatma Məmmədova: Hər diləyimizdə torpaqlarımızın azadlığı olub

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Ömrümüzün ən gözəl günlərindən birini yaşayırıq".

Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Fatma Məmmədova deyib.

O bildirib ki, bu gün övladları ilə birlikdə doğma Cəbrayıl şəhərinə qayıdır:

"İllərlə bu günü arzulamışıq. Hər diləyimizdə, hər niyyətimizdə torpaqlarımızın azadlığı olub. Çox şükür ki, torpaqlarımız işğaldan azad edildi. Hətta qısa müddət ərzində bərpa olundu və keçmiş məcburi köçkünlərin məskunlaşdırılmasına başlanıldı. Bu gün bizim ailəmiz də köçənlər sırasındadır. Sevincimizi sözlə izah etmək çox çətindir.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 44 ailə (166 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Rövşən Əsədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
oxu.az

1Mənbələr