AZ

"Fukusima" AES-in işçiləri sunami xəbərdarlığından sonra təxliyə olunublar

BAKI, 30 iyul. TELEQRAF

Yaponiyanın şimal-şərqində yerləşən "Fukusima" atom elektrik stansiyasının (AES) işçiləri ölkə səviyyəli sunami xəbərdarlıqları səbəbindən təxliyə edilib.

Teleqraf xəbər verir ki, stansiyanın operatoru olan Tokyo Elektrik Enerji Şirkətinin (TEPCO) sözçüsü ərazidə "heç bir anormallığın" müşahidə edilmədiyini açıqlayıb.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyanın şimal-şərq sahillərində baş vermiş 9 maqnitudalı zəlzələnin yaratdığı dağıdıcı sunami stansiyanın elektrik və soyutma sistemlərini sıradan çıxarıb, stansiyanın altı reaktorundan üçünün əriməsinə və "Fukusima-1" AES-də partlayışın baş verməsinə səbəb olub.

Seçilən
10
teleqraf.com

1Mənbələr