Bakı, 30 iyul, AZƏRTAC
Həmişə valideynlərimdən və böyüklərdən Cəbrayıl haqqında çox eşitmişəm - torpağın təmiz havasını, dağını, düzünü, insanın qonaqpərvərliyini. Amma buna qədər bu yerləri özüm görməmişdim. İndi Cəbrayıla gedirəm, çox həyəcanlıyam, xəyallar qururam.
AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Cəbrayıl şəhərinə köç edən Sabir Səfərov bildirib.
O, həmçinin yeni tədris ilində ilk dəfə Cəbrayılda təhsil alacağını qeyd edib.
"Bu il 6-cı sinifə keçirəm. Yeni tədris ilinə Cəbrayılda başlayacam, bu məni sevindirir. Prezidentimiz İlham Əliyevə və əsgərlərimizə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə S.Səfərov əlavə edib.