Venesuelada "AMB4292" nömrəli təyyarə Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan qısa müddət sonra radarlardan itib.
Teleqraf xəbər verir ki, Bolivar Respublikası Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Qrupuna aid olan təyyarənin göyərtəsində azı 10 nəfər olub.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq ola bilərdi.
Hərbçilər Amazonas əyalətinin cəngəlliklərində hərbi təyyarə qəzasında sağ qalan üç nəfəri xilas ediblər.
Qəza yerində xilasetmə əməliyyatı davam edir.