AZ

ÇL: Üçüncü mərhələyə adlayan 5 komanda müəyyənləşdi

UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə 5 matç baş tutub.

Finlandiyanın "KuPS" kollektivinə səfərdə 2 cavabsız qolla uduzan “Kayrat” evdə bu məğlubiyyətin əvəzini artıqlaması ilə çıxaraq mərhələni adlayıb. "Kopenhagen", "Dinamo Kiyev" və "Srvena Zvezda" ikinci görüşdə də üstün olub. Cütün taleyini SLovakiyada həll edən "Slovan" bu dəfə bol qollu heç-heçə edib. 

Mərhələnin qalan oyunları 30 iyunda keçiriləcək. İlk görüşdə İrlandiyanın “Şelburn” komandasına 3:0 hesabı ilə qalib gələn “Qarabağ” da cavab qarşılaşmasını sabah keçirəcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
29 iyul

Kayrat (Qazaxıstan) – KuPS (Finlandiya) 3:0
İlk oyun - 0:2.

Drita (Kosovo) – Kopenhagen (Danimarka) 0:1
İlk oyun - 0:2.

Dinamo (Kiyev, Ukrayna) – Hamrun (Malta) 3:0
İlk oyun - 3:0.

Srvena Zvezda (Serbiya) – Linkoln (Cəbəllütariq) 5:1
İlk oyun - 1:0.

Zrinski (Bosniya və Herseqovina) – Slovan (Slovakiya) 2:2
İlk oyun - 0:4.

Seçilən
31
6
fanat.az

10Mənbələr