AZ

Yaponiyada qatarların hərəkəti dayandırıldı - Sunami xəbərdarlığı

Kamçatka yaxınlığında baş verən zəlzələ nəticəsində sunami xəbərdarlığı aldıqdan sonra Yaponiyada qatarların hərəkəti 41 dəmir yolu xətti və ekspress marşrutun üç hissəsində dayandırılıb.

Ucnoqta.az-ın məlumatına görə, Kyodo agentliyi xəbər verir ki, ölkənin şimal-şərqindəki böyük Senday şəhərində hava limanı bağlanıb.

İndiyədək Yaponiyanın şimal və şimal-şərqində müxtəlif ərazilərdə hündürlüyü 20 ilə 50 sm arasında dəyişən sunamilər qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sakinlərdən sahil zolağından uzaqlaşmağa və oradakı bütün işləri dayandırmağa çağırılır

Seçilən
4
ucnoqta.az

1Mənbələr