AZ

AİB Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təqdim edib  

 

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər üzrə yeni

Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib. Bankdan AZƏRTAC-a bildirilib

ki, strategiyada ölkənin inkişaf hədəflərinə nail olması üçün dəyərin

yaradılması, inteqrasiya və dayanıqlılığın vacib amillər olduğu vurğulanır.

Beş il ərzində strategiya iki əsas istiqamətə yönələcək: yaşıl və şaxələndirilmiş

iqtisadiyyatın yaradılması, aşağı karbonlu bağlantıların və inklüziv inkişafın

təşviqi.

"AİB-Azərbaycan tərəfdaşlığında yeni mərhələyə qədəm qoyduğumuz bir

dövrdə diqqətimizi dayanıqlı iqtisadiyyatın təmin olunmasına, özəl sektorun

aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə, maliyyə sektorunun gücləndirilməsinə

və regional əməkdaşlığa töhfə verilməsinə yönəldirik. AİB uyğunlaşdırılmış

strateji investisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişaf prioritetlərinə

nail olmasına, regional təşəbbüslərin inkişaf etdirilməsinə və Azərbaycan xalqı

üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir", - deyə

AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Æamal bildirib.

ÖTS Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildə hazırlanıb

və əsas çağırışların həllinə yönəlib, eyni zamanda yaşıl və dayanıqlı artım

üçün imkanlardan istifadə etməyi nəzərdə tutur. Sənəd digər strateji prioritetlər

də daxil olmaqla innovasiyaların, yüksək dəyərə malik məhsulların və xidmətlərin

təşviq olunması, habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilə

rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqət ayıracaq.

Seçilən
5
azerbaijan-news.az

1Mənbələr