AZ

Donmuş bulyon ilə bağlı məşhur mif təkzibEDİLDİ

Soyuq ətli jele və ya donmuş bulyonun oynaqlar üçün faydalı olduğuna dair geniş yayılmış fikir mövcuddur.

Redaktor.az
xəbər verir ki, dietoloq Aleksandr Burlakov "Teleqram" kanalında bu iddianın əsassız olduğunu bildirib.

“Soyuq ətli jele oynaqlar üçün müalicəvi təsir göstərmir. Əksinə, bəzi insanlar bu yeməyi rasionlarından çıxarmalıdır”, - deyə Burlakov qeyd edib.

O, revmatoloq Yelena Vystavkinaya istinad edərək qeyd edib ki, sidik turşusunun səviyyəsi yüksək olan şəxslərə bu cür yeməklər zərərlidir. Həmçinin, artrit diaqnozu qoyulmuş şəxslər və böyrək daşı olanlar üçün də bu məhsul əks göstərişdir.

Aytəkin TOFİQQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr