AZ

"Qarabağ" daha 2-3 legioner almaq istəyir

 

 "Qarabağ" bu yay 4 transfer edib. Azərbaycan çempionu Dani

Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka",

Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaee

("Danamo" Zaqreb - icarə) ilə güclənib.

Klubun prezidenti Tahir Gözəl yeni transfer çalışmaları barədə açıqlama

verib. Klubun Mətbuat xidmətinə danışan başqan azarkeşləri sevindirib:

"Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq

meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən

yoxlama oyunlarında, həm də "Şelburn"la qarşılaşmada yeni transferlərdən

bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar.

Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək

edəcəklərinə inanıram.

Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət

komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də

çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi

futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək

mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların

keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən

asılı olan hər şeyi edirik.

İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha

güclü "Qarabağ" görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar

əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə

edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik".

Tahir Gözəlin dedikləri həqiqətdir. O və çevrəsindəki şəxslər komandanın

gücləndirilməsi üçün normal büdcə ayırıb. Azərbaycan çempionu bu yolda daha

2-2,5 milyon dollar xərcləməyə hazırdır. Ağdam klubu həmin pula 2-3 legioner

almaq niyyətindədir.

Qurban Qurbanov hücum və müdafiə xətlərini gücləndirmək istəyindədir.

Hazırda bu yöndə bir neçə əcnəbi ilə danışıqlar gedir. Sadəcə, "iş

bitdi" demək üçün hələ tezdir. Düzdür, görüşülən oyunçulardan bura gəlməyə

razılıq verən var. Ancaq məxsus olduqları klublarla təzminat mövzusunda anlaşma

əldə etmək bir qədər vaxt alır. Mümkündür ki, proses bir az da çəksin. O da ola

bilər ki, "Qarabağ" qarşıdakı 2-3 gün ərzində növbəti transfer xəbərini

açıqlasın.

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr