AZ

Ağdamda 5-ci yaşayış massivində binaların tikintisi işlərinə 13.8 milyon vəsait sərf ediləcək

Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-120 üzrə binaların tikintisi işlərinə 13 800 057 AZN sərf ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Birliyi” publik hüquqi şəxsi və işləri həyata keçirəcək “Körpü-Bina-Tikinti” MMC arasında müqavilə bağlanıb.

 

Milyonluq tenderləri əldə edən şirkətin rəhbəri Xəlil Göyüşovdur.

 

Cabir

Tarix: 30 İyul 2025, 08:34   
Seçilən
15
pravda.az

1Mənbələr