AZ

Hər qadının keçməli olduğu vacib müayinələr BUNLARDIR

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Onkoloq Vladimir İvaşkov bildirib ki, hər bir qadın sağlamlığını qorumaq üçün yeddi vacib tibbi müayinədən keçməlidir.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Teleqram" kanalında məlumat verib.

Mütəxəssis ilk olaraq uşaqlıq boynu xərçəngi və bağırsaq xərçəngi üzrə müayinələri tövsiyə edib. Uşaqlıq boynu xərçəngi üçün servikal kanal və uşaqlıq boynundan götürülən nümunələrin öyrənilməsi (maye sitologiya və ya Pap smear) aparılmalıdır. Bağırsaq xərçənginin erkən aşkarlanması üçün isə nəcis analizi (gizli qan testi) və ya kolonoskopiya təklif olunur.

İvaşkov eyni zamanda osteoporozun qarşısını almaq üçün sümük sıxlığının mütəmadi olaraq densitometriya vasitəsilə yoxlanmasını tövsiyə edib. Siqaret çəkən qadınlara isə ağciyərlərin KT müayinəsindən keçmək tövsiyə olunur.

Həkimin sözlərinə görə, diabet və ürək-damar xəstəliklərini vaxtında aşkar etmək üçün qan təzyiqi, qanda qlükoza və xolesterin səviyyəsi mütləq şəkildə nəzarətdə saxlanılmalıdır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
redaktor.az

2Mənbələr