AZ

Tanışını bıçaqlayan şəxsə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nicat Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ona şərti cəza verilib.


İttihama görə, hadisə 14 fevral 2025-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış massivinin yaxınlığında qeydə alınıb.


Belə ki, Nicat Quliyev tanışı, zərərçəkmiş Nemət İbrahimovla (soyadı şərtidir) bir müddət əvvəl mobil telefon danışıqları zamanı onu təhqir etməsini bəhanə edib. Sonra onların arasında yaranmış qarşılıqlı mübahisə zamanı təqsirləndirilən şəxs üzərində olan istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan alətlə Nemətin döş qəfəsi nahiyəsinə 2 dəfə qəsdən vuraraq, ona bədən xəsarətlər yetirib.


Hadisədən sonra Nicat Quliyev saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Kamal Məmmədov 

Tarix: 30 İyul 2025, 08:52   
Seçilən
12
pravda.az

1Mənbələr