Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 16-da, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, 90-AA-124 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü yolunu qısaltmaq üçün qaydaları pozub. O, Nəriman Nərimanov prospektindəki geriyə dönmə yerinə getməmək üçün qoşa xəttin tələbini pozaraq qarşı tərəfə keçib. Daha sonra isə zolaqlar arasında manevri qadağan edən bütöv xəttin də tələbini pozaraq sağ zolağa keçib.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.