“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviçin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı qolkiper “Lester”ə keçib. Bu barədə “tülkülər”in mətbuat xidməti məlumat yayıb. Beqoviçlə 1 illik müqavilə imzalanıb.
Asmir son mövsümü “Everton”da keçirib. Bosniyalı qapıçı 2019-cu ilin fevralından dekabrına kimi “Qarabağ”ın formasını geyinib.