AZ

Şəkidə 38 yaşlı kişi həmkəndlisi tərəfindən öldürülüb


Şəkidə qətl hadisəsi törədilib. Cinayət hadisəsi iyulun 29-da saat 20 radələrində Şəkinin Baş Göynük kəndi ərazisində baş verib. Baş Göynük kənd sakini 39 yaşlı Paşa Yusibovun kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirdikdən sonra 24 yaşlı Bünyad Babazadəyə xəsarət yetirdiyi bildirilir. Cinayətdə şübhəli bilinən Paşa Yusibov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Seçilən
31
5
baki-xeber.com

6Mənbələr