AZ

Astarada 55 yaşlı qadın öldürüldü - Gəlini tutuldu

Astara rayonunda qadın qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini saxlanılıb.

Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.

Faktla bağlı araşdırma aparılır.

Aslan Vəliyev

Seçilən
7
8
qafqazinfo.az

10Mənbələr