
ABŞ və Çin arasında tarif müharibəsində fasilənin uzadılıb-uzadılmayacağına dair yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent mətbuat konfransında bildirib. Onun çıxışı Bloomberg tərəfindən yayımlanıb.“Biz ona (Trampa) burada hər şeyin necə keçdiyini bildirəcəyik. Görüşlərimiz, şübhəsiz ki, konstruktiv idi. Ancaq tariflərin tətbiqində fasilənin uzadılıb-uzadılmayacağı barədə qərarı o verəcək”, – deyə Bessent qeyd edib.İyulun 29-da Çin və ABŞ nümayəndə heyətlərinin ticarət atəşkəsinin daha 90 gün uzadılması barədə razılığa gəldiyi məlum olub. Bloomberg-in sitat gətirdiyi Çin nümayəndəsi Li Çenganın sözlərinə görə, Stokholmda keçirilən danışıqlar açıq və məzmunlu olub.Ulusum.az
Diqqət Çəkənlər
"DNK Hospital"-dan açıqlama: Ayaz Məmmədov sağdır, yayılan xəbərlər həqiqəti əks etdirmir
Yəməndə gərginlik: ABŞ gəmiləri təhlükədədir?
Paytaxtda dəhşət – 22 yaşlı gəlin qətlə yetirildi