“Qarabağ”la adı hallanan daha bir futbolçunun yeni komandası bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Rey Manajdan gedir. Təcrübəli hücumçunun Ağdam klubunun maraq dairəsində olduğu bildirilirdi.
Ancaq Manaj karyerasını Birləşmiş Ərəb Əmirliyində davam etdirəcək. 28 yaşlı oyunçu “Əl-Şarjah” klubuyla 2 illik müqavilə bağlayıb.
Manajın son klubu Türkiyənin “Sivaspor” komandası olub. O, Sivas təmsilçisində 63 oyunda çıxış edib və 34 qol vurub.