AZ

Trampın reytinqi ən aşağı səviyyəyə düşüb

ABŞ prezidenti Donald Trampın reytinqi bir faiz bəndi azalaraq 40%-ə düşüb. Bu, Trampın ikinci prezidentlik dövründə ən aşağı göstəricidir, belə ki, amerikalılar prezidentin iqtisadiyyat və immiqrasiya məsələlərinin öhdəsindən necə gələcəyindən narahatdırlar, “Reuters” yazır.

Ümumilikdə iyulun 28-də keçirilən sorğuda 1023 amerikalı iştirak edib. Sorğu nəticələrinə görə, ölkədə Trampa qarşı dərin fikir ayrılığı mövcuddur: espublikaçıların 83%-i, demokratların isə yalnız 3%-i onun fəaliyyətini bəyənir.

Bundan əvvəlki sorğu iyulun 15 və 16-da keçirilib, o zaman Trampın reytinqi 41% olub. Respondentlərin təxminən 38%-i Trampın iqtisadiyyatı idarə etməsini bəyənib. ABŞ rəhbərinin reytinqi immiqrasiya məsələsində də bir qədər yüksəlib: respondentlərin 43%-i onun hərəkətlərini bəyənib, əvvəlki sorğuda bu göstərici 41% olub.

Seçilən
17
banker.az

1Mənbələr