AZ

Zaqatalada yolları təmir etmək istəyən 3 şirkət tapılmadı - BÖYÜK TENDER LƏĞV OLDU

Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən tender ləğv edilib. 

Tibbi qurumun 25 milyonluq tenderinə maraq göstərən olmadı

FED.az xəbər verir ki, tender Zaqatala şəhərinin küçələrinin asfaltlaşdırılması ilə bağlı elan edilmişdi. Ümumi dəyəri 613 600 AZN olan satınalma müsabiqəsi 29 iyul 2025-ci il tarixində ləğv edilib.

Tenderin ləğv edilməsinə səbəb Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun 36.1.1-ci maddəsinə əsasən, iştirak üçün minimum tələblərin yerinə yetirilməməsidir. Belə ki, müsabiqədə təklif və onun təminatını təqdim edən, eyni zamanda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Nəticədə qanunvericiliyin tələbinə əsasən tender dayandırılıb.

Qeyd edək ki, müsabiqə 8 iyul 2025-ci il, saat 12:30-da elan olunmuş və 29 iyul saat 12:40-da həm son təklif qəbul müddəti, həm də zərflərin açılış vaxtı olaraq təyin edilmişdi.

Seçilən
21
fed.az

1Mənbələr