AZ

"Qəbələ"dən ayrıldı, "Şəfa"ya keçdi

Yeni mövsümdən 1-ci Liqada mübarizə aparacaq "Şəfa" heyətinə daha bir futbolçu qatıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi ötən mövsümü "Qəbələ"də keçirən Ürfan İsmayılovu sıralarına cəlb edib.

Dayaq yarımmüdafiəçisi 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, "Şəfa" geridə qalan "futbol ili"ndə 2-ci Liqada 2-ci yeri tutaraq 1-ci Liqaya yüksəlib. Komandanı gənc mütəxəssis Elgiz Kərəmli çalışdırır.

Nihat

Seçilən
12
fanat.az

1Mənbələr