AZ

Azərbaycanda 23 yaşlı “rent-a-car” şirkəti keçən il 2 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda iri “rent-a-car” şirkəti “AZNUR” MMC 2024-cü ildə 2.09 mln. manata xalis mənfəət əldə etməklə öncəki illə müqayisədə 1.43 mln. manat və ya 215.1% artıb. Halbuki, xalis mənfəət 2023-cü ildə 663 min manat təşkil edirdi.

Banker.az avtomobil icarəsi xidmətini həyata keçirən şirkətin illik hesabatına istinadən xəbər verir.

Bununla da, bölüşdürülməmiş mənfəət 1.25 mln. manatdan 1.72 mln. manata qədər artıb.

2024-cü ildə əsas əməliyyat gəlirləri 19.11 mln. manat təşkil edib ki, bu da 2023-cü ildəki 14.21 mln. manatla müqayisədə 4.91 mln. manat və ya 34.6% artım deməkdir. Satışın maya dəyəri isə 8.15 mln. manatdan 10.59 mln. manata yüksələrək 2.44 mln. manat və ya 29.9% artıb. Nəticədə ümumi mənfəət 6.05 mln. manatdan 8.52 mln. manata qalxıb – bu, 2.47 mln. manat və ya 40.8% artıma bərabərdir.

AZNUR-un aktivləri 2023-cü ildə 9.38 mln. manat olduğu halda, 2024-cü ildə bu göstərici 10.06 mln. manata yüksəlib. Bu da 678 min manat və ya 7.2% artım deməkdir. Xüsusilə qısamüddətli aktivlər 3.74 mln. manatdan 3.83 mln. manata yüksəlib, uzunmüddətli aktivlər isə 6.64 mln. manatdan 6.77 mln. manata çatıb.

Şirkətin kapitalı da artaraq 2023-cü ildəki 1.48 mln. manatdan 2024-cü ildə 1.86 mln. manata yüksəlib. Bu da 379 min manat və ya 25.6% artımdırdır.

Cəmi öhdəliklər isə 7.90 mln. manat səviyyəsində qalıb, burada ciddi dəyişiklik baş verməyib.

Xatırladaq ki, “AZNUR” MMC 12 aprel 2002-ci ildə dövlət qeydiyyatına alınıb və hazırda 100%-lik nizamnamə payı Fətəliyeva Səbinə Səfər qızına məxsusdur.

“Aznur” MMC-nin törəmə müəssisəsi olan “Aznur Medikal” MMC 16 avqust 2017-ci ildə qeydiyyatdan keçib. Bu müəssisədə nizamnamə kapitalının 51%-i “Aznur” MMC-yə, 49%-i isə Azərbaycan Respublikasının vətəndaşı İsgəndərova Nərgiz İsgəndər qızına məxsusdur.

Şirkət keçən il 2024-cü ilin mənfəətindən 1.71 mln. manat həcmində dividend ayrılıb. Bu, əldə edilən mənfəətin təxminən 82%-i deməkdir. Qalan 378 min manat isə bölüşdürülməmiş mənfəət kimi şirkətin balansında saxlanılıb.

Seçilən
6
banker.az

1Mənbələr