ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinin ABŞ-a gələcəyini bildirib...
Poliqon xəbər verir ki, o, bu barədə Breitbart News-a müsahibəsində danışıb.
Tramp qeyd edib ki, Çin lideri israrla yaxın gələcəkdə onunla şəxsi görüşə can atır. Görüş bu il ya Çində, ya da Ağ Evdə baş tuta bilər.
"Si mənim Çinə getməyimi istəyir və özü də ABŞ-a gələcək", deyə Tramp qeyd edib.
Qeyd edək ki, dünən Donald Tramp Çin lideri Si Szinpinlə görüş istəmədiyini bildirib. Belə ki, o, ölkələr arasında bu həftə baş tutan tariflərlə bağlı danışıqların liderlərin görüşü üçün zəmin yarada biləcəyi barədə xəbərləri təkzib edib.
Poliqon.info