AZ

Final oyununun məkanı açıqlandı

DÇ-2030-un finalını qəbul edəcək arenanın adına aydınlıq gəlib. Həlledici matç Madriddə təmir edilmiş “Santyaqo Bernabeu”da keçiriləcək.

İspaniyanın “Marca” nəşrinin məlumatına görə, “Real”ın prezidenti Florentino Peres və onun FİFA-dan olan həmkarı Canni İnfantino ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında görüşüb və mundialın əsas oyununun “Santyaqo Bernabeu”da keçirilməsi ilə bağlı razılığa gəliblər.

Xatırladaq ki, 2030-cu ilə təyin olunan dünya çempionatının final mərhələsinin əsas hissəsi İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Uruqvay, Argentina və Paraqvay isə hərəyə bir açılış oyununa evsahibliyi edəcək.

Seçilən
34
football-plus.az

1Mənbələr