ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı yeni açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Tramp Rusiyaya 10 gün verdiyi barədə bəyanatını təkrar edərək, 10 günün bu gündən başladığını bildirib.
ABŞ prezidenti, razılaşma olmadığı təqdirdə Rusiyaya tariflərin tətbiq ediləcəyini bildirərək: "Bizim tariflərimiz onlara təsir edə bilər, təsir etməyə də bilər" dedi.
Tramp verdiyi açıqlamalarla bağlı Rusiyadan heç bir cavab almadığını bildirərkən, Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsini davam etdirmək istədiyinə diqqət çəkib.
Qəzzada humanitar vəziyyətdən danışan Tramp uşaqların aclıq yaşadıqlarını və qida dəstəyi verəcəklərini bildirib.
ABŞ prezidenti Çin sədri Si Cinpinlə mümkün görüşünə də toxunaraq: “Xi görüşmək istəyir, yəqin ki, bu ilin sonuna qədər baş tutacaq” deyib.
Aytən Yaşar/ Turkustan.az