AZ

Oğuzda tövlə yanıb, 20 ton ot külə dönüb

Oğuz rayonunda mal tövləsində baş verən yanğın nəticəsində 20 ton ot külə dönüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Padar kəndində qeydə alınıb.

Kənd sakini Rövşən Abdullayeva məxsus ümumi sahəsi 162 kvadratmetr olan tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə Oğuz Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 20 ton ot bağlaması yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
3
report.az

4Mənbələr